"Forbes" jurnalı Rusiya ərazisində uçuşlar həyata keçirən ən yaxşı aviaşirkətlərin adını açıqlayıb. "APA-Economics" xəbər verir ki, ilk dəfə tərtib olunan reytinqə 12 Rusiya və 8 xarici aviaşirkət daxil olub.
"Reytinq tərtib olunarkən "Aeroport" agentliyinin "Rusiya səmasında servis" tədqiqatlarının nəticələrindən istifadə olunub", - jurnal yazır.
Xarici şirkətlər arasında ən yaxşı göstəricini "Emirates" aviaşirkəti göstərib. Ardınca "BelAvia" və LOT qərarlaşıb. Dördüncü və beşinci yerləri isə "Air France" və "Lufthansa" bölüşür. Reytinqi KLM, "Turkish Airlines" və "Azərbaycan Hava Yolları" QSC (AZAL) qapayır.
Ən yaxşı Rusiya aviaşirkəti isə "Sibir"dir. İkinci yeri "Aeroflot" tutur. Dördüncü və beşinci yerləri "Pobeda" və "Rusiya" bölüşdürür.