Bu gün Avropa Parlamentinin Brüseldə keçiriləcək plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə dair səsvermə keçiriləcək.
“Novosti Qruziya”nın yazdığına görə, bu ərəfədə Avropa Parlamenti rəhbərliyinin nümayəndəsi Brüsellə gələn Gürcüstan parlament heyətini qurumun deputatlarının Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə dəstək olacaqlarına dair əmin edib.
“Biz əminik ki, Avropa Parlamenti viza rejiminin ləğv edilməsinə dair müsbət qərar qəbul edəcək və bunun əsasında ölkəmiz Avropaya inteqrasiyadan bəhrələnmiş olacaq”, - bunu Brüseldə jurnalistlərə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze bildirib.
Gürcüstan üçün viza rejiminin ləğv edilməsinə dair səsverməyə, eyni zamanda üçüncü dünya ölkələri üçün viza rejiminin dayandırılması mexnizmi ilə birgə baxılacaq.