Toronto Universitetinin mütəxəssisləri öyrəniblər ki, beyində olan xüsusi neyron qrupu, insanın üz ifadəsini hesablayaraq onun sosioloji statusunu təyin edir. Buna görə də, Toronto Universitetinin alimləri çox maraqlı psixoloji təcrübə reallaşdırıblar.
FED.az xəbər verir ki, Technote saytının yazdığına görə, təcrübədə iştirak etmiş tələbələr, ailələrinin gəlirlərindən asılı olaraq 2 qrupa bölünüblər. Birinci qrupa o tələbələr daxil olub hansıların ki, ailələrinin illik gəliri 60.000$-dan aşağı olub. İkinci qrupa isə daha varlı tələbələr daxil olub. Onların ailələrinin illik gəlirləri isə 100.000$-dan çoxdur. Onlardan neytral vəziyyətdə heç bir müsbət emosiya əks etdirməyən üz ifadəsi ilə şəkil çəkdirmək xahiş olunub. İlk 2 qrup ilə tanış olmayan 3-cü qrup tələbələrdən isə həmin şəkillərə baxmaq və şəkillərdə əks olunmuş şəxslərdən hansıların kasıb və ya varlı olmalarını müəyyən etmək xahiş olunub.
Bu zaman təqdim olunmuş şəkillərdən əlavə olaraq heç bir digər məlumat verilməyib. Şəkillərə baxan insanlar, 53% halda şəkillərdə əks olunmuş şəxslərin sosioloji statuslarını düzgün təyin ediblər. Alimlərin sözlərinə əsasən isə bu cür nisbət göstəricisi halında istənilən təsadüfi seçim yolverilməzdir. Sizin sosial statusunuzu üzünüzdəki kiçik hissədə yerləşən 43 əzələ qrupu əks etdirir. Bununla yanaşı üz ifadəsi neytral olmalıdır. Belə ki, sevinc və ya qəzəb kimi emosiyalar bu özəllikləri gizlədə bilər. Alimlərin sözlərinə əsasən məhz neytral üz ifadəsində həyat təcrübəsi əks olunur və beləliklə insanın varlı və ya kasıb olmasını müəyyən etmək mümkündür. Bu təcrübə uşaqlarda işləmir. Sözügedən təcrübə isə 18-22 yaşlı insanlar arasında aparılıb. Gələcəkdə alimlər bu təcrübəni 40 yaşlı insanlar üzərində aparmağı planlaşdırırlar.
Alimlər insanların üz ifadələrinə görə onların varlı və ya kasıb olduqlarını müəyyən ediblər
15:35
7 İyul 2017