“Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa”.
FED.az xəbər verir ki, APA-nın yazdığına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
"Başa düşürük ki, bu, yaxşı hal deyil. Ancaq su-kanalizasiya sistemi ilə bağlı işləri bir gündə həll etmək olmur" - deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.