2027-2029-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 311, 325 və 338 manat təklif edilir.
Komitə sədri: "Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Yaşayış minumunun 2026-cı il üçün nəzərdə tutulmuş bölgüsünə baxdıqda ölkə üzrə 300, əmək qabiliyyətli əhali üçün 317 maat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat nəzərdə tutulur”, - deyə o xatırladıb. (Trend)












