“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2017-ci ili 11,4 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin mühasibat balansına istinadən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 333,7 min manat, cəmi xərcləri isə 315,1 min manat təşkil edib.
Qeyd edək ki, “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2016-cı ildə 313,5 min manat cəmi gəlir əldə etmiş, həmin ili 3440 manat zərər ilə bağlamışdı.