Bu tələblərdə şirkətin rəsmi internet səhifəsində “Ana səhifədə” sığortaçının əlaqə məlumatları (baş ofis, filial və nümayəndəliklərin ünvanı, telefon və e-poçt ünvanı), sığortaçıların rəhbər işçiləri barədə məlumat, PDF formatında yüklənmə və mətn üzrə axtarış imkanlarına malik olan, sığortaçının bütün sığorta qaydaları aydın görünən siyahı üzrə yerləşdirilməlidir.
Tələblər üzrə siyahını daha da artırmaq olar. Lakin bunların sırasında PDF formatında yüklənmə imkanına malik olan sığortaçının maliyyə hesabatları ilə tələbi xüsusi ilə qeyd etmək lazımdır. PDF-də şirkətin satına yüklənən maliyyə hesabatı şəffaflıq prinsipi nəzərə alaraq əslində ictimaiyyət üçün elan edilən bir hesabatdır. Lakin bazarın bəzi aparıcı sığorta şirkətləri var ki, həmin maliyyə hesabatlarını öz internet səhifəsində elə bir mövqeydə yerləşdirir ki, həmin hesabatı tapmaq müşkül məsələyə çevrilir. Tapılsa belə çətinliklə tapılır.
FED.az Təhlil Qrupunun araşdırdığı əsas məsələlərdən biri sığortalanan vətəndaşın sığorta şahədətnaməsini (icbari növ üzrə) həmin sığorta şirkətinin rəsmi internet səhifəsində elektron qaydada tanış ola bilməsidir.
Sadə dillə desək, əgər vətəndaş öz avtomobilini icbari növ üzrə A sığorta şirkətində sığortalayıbsa, o istənilən vaxt həmin şirkətin rəsmi internet səhifəsinə daxil olmaqla sığorta şəhadətnaməsinə baxa bilər, eyni zamanda onu çap etdirmək və müvafiq elektron poçt ünvanına yönləndirmək imkanına malik olmalıdır. Bununla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunda sığorta şirkətlərinə qarşı konkret tələblər də mövcuddur.
Qanunun (Maddə 17-1. Sığorta müqavilələrinin elektron sənəd formasında bağlanması) 17-1.1.2. maddəsində qeyd olunur ki, sığorta müqaviləsini bağladıqdan sonra, sığortalı həmin müqavilənin qüvvədə olduğu və bu Qanunun 123.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində istənilən vaxt onun elektron versiyasına çıxış imkanına, eyni zamanda onu çap etdirmək və müvafiq elektron poçt ünvanına yönləndirmək imkanına malik olmalıdır.
Həmçinin 17-1.2. Sığortaçının rəsmi internet səhifəsində bu Qanunun 17—1.1-ci maddəsində nəzərdə tutulan imkanlar mövcud olmadıqda, maliyyə bazarlarına nəzarət orqanı sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasının dayandırılması barədə əsaslandırılmış təqdimatı həmin sığortaçıya verir.
Bəs gəlin görək qanunun bu tələbinə hansı sığorta şirkətləri cavab verir. Hansı şirkət isə ümumiyyətlə tələblərə riayət etməyərək qanunu pozur.
FED.Təhlil Qrupu apardığı araşdırmaya görə, ölkədəki sığorta şirkətlərindən qanunun tələbinə cavab verməyən yalnız “Standard Sığorta” şirkətidir. Belə ki, şirkət öz rəsmi internet səhifəsində şəxsi kabinet kimi təqdim etdiyi bölməni birbaşa icbari sığorta bürosunun saytına yönləndirib.
Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası da münsibət bildirib. Palatanın mətbuat katibi Elşən Allahverdiyevin sözlərinə görə, sığorta fəaliyyətinə nəzarət departamenti tərəfindən nəzarət subyektləri sığorta qanunvericiliyinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunun, həmçinin Mülki Məcəllənin tələblərinə əməl etməsi mütəmadi olaraq araşdırılır və nəzarətdə saxlanılır.
Palata tərəfindən aparılan təhlillər, araşdırmalar və ya monitorinqlər nəticəsində nəzarət subyektlərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə müvafiq olaraq onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.
Cədvəldə rəsmi internet səhifələrində qanunun tələbindən irəli gələn “şəxsi kabinet” bölməsini yaradan və yaratmayan sığorta şirkətləri barədə məlumat verilir.
Sığorta Şirkətləri |
Tələblə bağlı status |
“Qala Sığorta” |
Tətbiq edib |
“Meqa Sığorta” |
Tətbiq edib |
“Ata Sığorta” |
Tətbiq edib |
“Axa Mbask” |
Tətbiq edib |
“Paşa Sığorta” |
Tətbiq edib |
“Azsığorta” |
Tətbiq edib |
“Azərbaycan Sənaye Sığort” |
Tətbiq edib |
“İpək Yolu Sığorta” |
Tətbiq edib |
“Atəşgah Sığorta” |
Tətbiq edib |
Qala Həyat |
Tətbiq edib |
Günay Sığorta |
Tətbiq edib |
“Paşa Həyat Sığorta” |
Tətbiq edib |
“AzərSığorta” Dövlət Şirkəti |
Tətbiq edilib |
“Atəşgah Həyat Sığorta” |
Tətbiq edilib |
“Xalq Sığorta” |
Tətbiq edilib |
“Standart İnsurance” |
Yoxdur |
Xalq Həyat* |
Yoxdur |
*”Xalq Həyat” sığorta şirkəti yeni yarandığı üçün şirkətin rəsmi intenet səhifəsi yoxdur