Azərbaycanın sığorta şirkətlərindən olan “Rəvan sığorta” yarım ili zərərlə başa vurub.
FED.az “Rəvan sığorta”nın yarım illik hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə şirkətin əsas əməliyyat gəlirləri 692,073 min manat olub. Bunun 99,2% birbaşa sığorta üzrə yığımların payna düşür.
Şirkətin İnvestisiya gəlirləri 173,068 min manat, subroqasiya gəlirləri 133,081 min manat, sair gəlirləri isə 1,77 manat təşkil edib. Qeyd edək ki, Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi) 402,339 min manat ziyana düşüb.
Ümumilikdə “Rəvan sığorta”nın cəmi gəliri 595,885 min manat olub.
“Rəvan sığorta”nın əsas əməliyyat xərcləri 195,164 min manat olub. Bu məbləğin də böyük hissəsi – 150,725 min manatı sığorta ödənişlərinin payına düşür. İşlərin aparılması xərcləri isə 466,787 min manat təşkil edib. Sair xərclər isə 293 manat olub. Yekunda cəmi xərclər 662,246 min manat olub.
Şirkət 2018-ci ilin ilk yarısını 66,360 min manat zərələ başa vurub.
Xatırladaq ki, şirkət 2017-ci ili 1 milyon 41,287 min manat zərərlə başa vurmuşdu.
FED.az “Rəvan sığorta”nın “Balans” hesabatına istinadən bildirir ki, şirkətin cəmi aktivləri 2017-ci ilin yekunu ilə müqayisədə 2,5% artaraq 14 milyon 583,487 min manat, cəmi kapital isə 1,7% azalaraq 12 milyon 416,271 min manata olub.
Xatırladaq ki, sığorta şirkətlərinin bazar payı üzrə FED.az-ın renkinqinə əsasən, “Rəvan sığorta”ASC 0,2% bazar payı ilə 21 sığorta şirkəti arasında 18-ci yeri tutur.
Şirkət yığımların həcmi renkinqinə görə, 21 şirkət arasında 18-ci yeri, sığorta ödənişlərinin həcmi renkinqində də 18-ci yeri tutur.
Sığorta şirkətinin vəziyyəti məlum oldu – HESABAT
08:39
12 Sen 2018