"PAŞA Həyat" şirkəti sığorta hadisələri şöbəsinə kiçik mütəxəssis axtarırır
Struktur bölmə: Sığorta hadisələri şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Kiçik mütəxəssis
Son müraciət tarixi: 28 fevral 2018-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
2. Qüvvədə olan təlimat və qaydalara əsasən şöbə tərəfindən sənədləri operativ və keyfiyyətli hazırlamaq, şöbə daxilində kargüzarlıq işlərini həyata keçirmək;
3. Daxil olmuş sığorta hadisələrinə nəzarət etmək və qeydiyyatının aparılması üçün lazımi məlumatları toplamaq, hadisələr üzrə sığorta haqqlarının ödənilməsinə nəzarət etmək;
4. Sığorta hadisələri ilə bağlı məlumatları əldə etmək, bu məlumatların uyğunluğunu yoxlamaq, zəruri sənədləri tələb etmək;
5. Sığortalıya, sığorta olunana və müvafiq dövlət orqanlarına məktubların yazılmasını təmin etmək;
6. Birbaşa rəhbərinin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Tələb edilmir
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, hüquq və iqtisadi təhsilə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, xarici dil biliyi üstünlükdür
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası: CV-lər “Sığorta hadisələri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.