Azərbaycan sığorta bazarının aparıcı və dinamik sığorta şirkətlərindən olan “MeqaSığorta” şirkəti bu gün fəaliyyətinin 13 illiyini qeyd edir.
FED.AZ xəbər verir ki, “MeqaSığorta” ASC 2010-cu ildə təsis edilib. Şirkət peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin rəhbərlyinin düzgün istiqamətə yönəlmiş strategiyası nəticəsində şirkətdə peşəkar satış qrupu formalaşmış və bunun da nəticəsində “Meqa Sığorta”nın yığımlarının həcmində ciddi atıma nail olunmuşdur. Təkcə son bir il ərzində (yanvar-avqust 2023) şirkətin yığımlarının həcmi 49%-dək artaraq 7,207 milyon manata çatdırlıb.
Müştərilərdə sığorta şirkətlərinə ən böyük inam yaradan amillərdən biri də şirkət tərəfindən sığorta ödənişlərinin qanunvericiliyə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilməsidir. Bu operativliyi və qanunauyğunluğu "Meqa Sığorta" şirkətində hiss etməmək mümkün deyil. Belə ki, cari ilin yanvar-avqust aylarında “Meqa Sığorta” şirkəti tərəfindən zərərçəkmiş mütərilərə 1,409 milyon manata yaxın sığorta ödənişi verilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34% çox olmuşdur. Sığorta ödənişlərini vaxtında icra edilməsi, eləcə də müştərilərə yüksək səviyyədə xidmətlər göstərməklə "Meqa Sığorta" şirkəti bazarda müştəri məmnuniyyətini qazanan ən qabaqcıl şirkətlərdən biri olub.
Hazırda 160-dan əməkdaşı olan “Meqa Sığorta” şirkəti demək olar ki, ölkənin bütün regionunda təmsil olunur. Şirkət filial və nümayəndəliklər daxil olmaqla 20-dən çox satış nöqtəsi vasitəsi ilə müştərilərə 3 icbari və 32 könüllü sığorta növü üzrə xidmətlər göstərir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur. Həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.
13 illik fəaliyyəti dövründə şirkət maliyyə sahəsində qazandıqları uğurları ilə yanaşı sosial layihələrdə də yaxından iştirak edib, bir çox korporativ sosial layihələrə daima dəstək olub.
Hazırda inkişafı yüksələn xətt üzrə gedən “Meqa Sığorta” şirkəti fəaliyyətini uğurla davam etdirir.
FED.az komandası olaraq, Şirkətin İdarə Heyətinin sədri Uğur müəllim başda olmaqla bütün əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayırıq.