Azərbaycanın “Rəvan Sığorta” şirkəti Gəncə şəhərində ilk filialını açmaq niyyətindədir. Bu barədə FED.az saytına şirkətin İdarə Heyətinin sədri Fərhad Aslanov məlumata verib.
Onun sözlərinə görə, filialın yerinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı artıq bir neçə variant var ki, bu məsələ şirkətin səhmdarların görüşündə müzakirə edilərək yekun qərarla təsdiqlənəcək: “Filialın yeri məlum olduqdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcəyik. Artıq indidən işçi yığımına da başlamışıq”.
F.Aslanov bildirib ki, “Rəvan Sığorta” İcbari Sığorta Bürosunun üzvü olmadığı üçün filialda yalnız şirkətin könüllü sığorta məhsulları satılacaq.
Qeyd edək ki, təsisçisi 100% “Nurgun Şirkətlər Qrupu“ olan "Rəvan Sığorta” ASC 2009-cu ilin oktyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin məcmu kapitalının həcmi 5 918 190 manat təşkil edir.
Şirkətin hazırda ölkə üzrə heç bir filialı yoxdur.
Sığorta bazarının 10 illik iştirakçısı ilk filialını açmaq istəyir
12:03
5 Fev 2019