FED.az xəbər verir ki, “Rəvan Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Mail Nuriyev vəzifəsindən getdiyini elan edib.
“Hər şeyin bir sonu olur. Mən də 8 ildən sonra Rəvan Sığortada çalışmağıma öz istəyimlə, dostcasina son verdim.”- deyə M. Nuriyev öz facebook səhifəsində yazıb.
Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən Rəvan Sığorta ASC-də çalışırdı. O, şirkətdə satış meneceri kimi əmək fəaliyyətinə başlamış, 2013-cü ildə isə Satış və Marketinq departamentinin müdiri vəzifəsinə təyin olunmuşdur. Ötən ilin əvvəlində isə Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilmişdi.
“Rəvan Sığorta” 1998-vi ildə yaradılıb, nizamnamə kapitalı 8,9 mln manat olmaqla səhmlərinə 49,10% – Nurgun Group, 42,36% – Nurgun Motors və 8,54% – NBC Bank nəzarət edir.