“Rəvan Sığorta” yığımlar üzrə kəskin artımın səbəbəni açıqladı
Azərbaycanın ən aktiv sığorta şirkətlərindən olan “Rəvan Sığorta” son bir il ərində yığımlar üzrə kəskin artımın səbəbini açıqlayıb.
Şirkətin satış departamentinin direktoru Dövlət Səlimovun FED.az biznes-maliyyə portalına verdiyi məlumata görə, son bir il ərzindəki yüskək inkişaf meylləri, o cümlədən düzgün satış strategiyası nəticəsində sığorta haqlarının kəskin artımın əsas səbəbi yeni satış kanallarının genişləndirilməsi ilə bağlıdır.
Eləcə də bax: İcbari Tibbi Sığorta Agentliyi zərərinin - SƏBƏBLƏRİNİ AÇIQLAYIB
D.Səlimov qeyd edib ki, şirkətin satış coğrafiyasının genişləndirilməsi istiqamətində Gəncə şəhərində yeni filial istifadəyə verilib: “Yeni filialımız və sosial şəbəkələr üzrəindən satışın uğurlu təşkil edilməsi nəticədə yığımlarda artıma səbəb olub. Yığımlar üzrə portfeldə ən çox sığorta haqqı avtomobillərin kasko sığortası növü təşkil edib.”
Qeyd edək ki, 2019-cu ilin 9 ayı ərzində “Rəvan Sığorta” ASC üzrə hesablanmış sığorta haqları 2 064 748 manat olub. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 66,6% çoxdur.
Xatırladaq ki, 1998-ci ildə təsis edilmiş “Rəvan Sığorta” 21 illik təcrübəsi ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən, Azərbaycan sığorta bazarına öz töhfəsini verən inanılmış şirkətlərdəndir.
Fəaliyyətinin ilk illərində “Double İnsurance Company” QSC kimi tanınan, “Rəvan Sığorta” ASC 2004-cu ildə təsisçilərin dəyişməsi ilə yanaşı, şirkət adının da dəyişməsi prosesini yaşayaraq “Star Alyans Sığorta” şirkəti adını almışdır.
Şirkətin formalaşmasının sonuncu və uğurlu mərhələsi 2007-ci ilə təsəduf edir. Belə ki, Respublikanın ən iri şirkətlərindən olan “Nurgun Şirkətlər Qrupu”nun “Rəvan Sığorta”ASC –nin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (100 %) əldə etməsi ilə başlamışdır. Beləliklədə 2009-cu ildə şirkətin adı dəyişilərək “Rəvan Sığorta” ASC olmuşdur.
Hazırda Nizamnamə Kapitalı 8,9 mln.AZN təşkil edir. Kapitalının bu cür səviyyəsi sığorta xidmətləri bazarında özünü peşəkar və inamlı sığorta şirkəti kimi təqdim etməsinə zəmin yaradır.
Maliyyə Nazirliyinin müvafiq əmri ilə, 15 oktyabr 2009-cu il tarixində sığorta fəaliyyətinə 314 saylı Müddətsiz Lisenziya verilmişdir.