"Rəvan Sığorta" 2018-ci ilin yanvar-fevral ayları üzrə nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ümumi yığımların həcmi 3,6 dəfə artaraq 201 238 manat təşkil edib. Halbuki, 2017-ci ilin eyni dövründə "Rəvan Sığorta"da 55 191 min manat sığorta haqqı toplaya bilmişdi. Yığımlar əsasən kasko, əmlak, mülki məsuliyyətin könüllü sığortası, fərdi qəza və səyahət sığortasının hesabına formalaşıb.
Sığorta şirkətinin ödənişləri isə əksinə 11,5% azalaraq 52 144 manat olub. 2017-ci ilin ilk 2 ayında sığorta şirkətinin ödəniş xərcləri 58 941 manat təşkil etmişdi.
Eləcə də bax: Sığorta sektoru pulunu banka depozit qoyub - HESABAT
Sığorta şirkətinin idarə heyətinin sədr müavini Mail Nuriyev Fins.az-a bildirib ki, sığorta yığımlarının artması əsasən kasko sığortasının hesabına olub. Belə ki, sığorta şirkətinin aşağı büdcəli (99 manata) kasko məhsullarına maraq artıb. Bu məhsullar daha çox satılır: "Aşağı büdcəli kasko məhsullarını təkmilləşdirmişik. Görülən işlər artıq öz bəhrəsini verməyə başlayıb".