“Rəvan Sığorta”da 139 manat ödəməklə Super Kasko Sığorta əldə etmək mümkündür.
FED.az xəbər verir ki, “Rəvan Sığorta”dan kasko sığortası alacaq şəxs avtomobilinin vurma, vurulması, aşması, düşməsi və yol nəqliyyat hadisəsi zamanı hər hansı predmetlə toqquşması zamanı ödəniş alacaqdır.
Eləcə də bax: Azərbaycanda sığorta şirkəti - BÖYÜK MƏBLƏĞDƏ PUL ÖDƏDİ
Həmçinin başqa şəxs tərəfindən də avtomobilə qəsdən vurulan ziyan qarşılığında da avtomobil sahibi ödəniş alacaq. Bundan başqa su basması,yanğın, ildırım vurma və partlayış ( təbii fəlakət), heyvanların hərəkəti, zəlzələ və vulkan püskürməsi, sel, daşqın,oğurluq və oğurluğa cəhdi zamanı da dəymiş ziyana görə, “Rəvan Sığorta” müştərilərinə ödəniş edəcəkdir.
“Rəvan Sığorta” 1 il ərzində şəxsi nəqliyyat vasitəsinə görə, 2500 təminat, sürücü və sərnişinlərin fərdi qəza sığortası və mülki məsuliyyət sığortası görə 5000 min manat kasko sığorta ödənişi edəcəkdir.
Qeyd edək ki, “Rəvan Sığorta”dan kasko sığortası alanlara evakuator xidməti pulsuzdur.