“Meqa Sığorta” ASC sığorta yığımlarını artırmaqda davam edir.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında sığorta şirkəti 29,972 mln. manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 3,029 mln. manat, başqa sözlə 11% artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 26,943 mln. manat olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, dinamikasına görə 7-cı pillədə qərarlaşıb.
Hesabat dövründə şirkət müştərilərinə 12,364 mln manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 5,003 mln. manat və ya 55% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 7,362 mln. manat olub.
“Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta ödənişlərinin həcminə görə 6-cı, sığorta ödənişlərinin artım dinamikasına görə 5-ci yerdə olub.
“Meqa Sığorta” ASC-nin zərərlilik göstəricisi bu dövrdə 41% olub. Ötən ilin eyni dövründə isə bu göstəricisi 27% idi.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.