Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) attestasiyadan müvəffəqiyyətlə keçən 4 nəfərə sığorta agenti kimi fəaliyyət göstərməsi üçün müddətsiz lisenziya verib.
Eləcə də bax: MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib
FED.az xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Palatanın İdarə Heyətinin 23 sentyabr 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Quliyev Fərhad Tofiq oğlu, Əsgərov Vüsal Arif oğlu, Müzəffərova Sevinc Nazim qızı və Vəliyev Rəşad Sahib oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.