FED.az xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255,4 mln. manat, ödənişlər isə 69,8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub.
Sığorta yığımlarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 46% artım, ödənişlərin həcmində isə 0,5% azalma qeydə alınıb.
2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.