20 may 2019-cu il tarixində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki,nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Eləcədə bax: İcbari tibbi sığorta özəl klinikalarda - QİYMƏTLƏRİ ENDİRƏCƏK
Bu şəxslər PAŞA Sığorta ASC-nin İdarə Heyətinin üzvü Abbasova Ülviyyə Elmar qızı, Babayev Coşqun Səxavət oğlu və Vəliyev Sənan Nəzər oğludur.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.