Azərbaycanda sığorta sahəsində yeni yardımçı şirkət yaradılıb.
Eləcə də bax: Mərkəzi Bank daha bir sığorta agentinin lisenziyasını - Ləğv Edib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu “İmdad Asisst” MMC-dir.
Şirkət 100 min nizamnamə kapitalı ilə dövlət qeydiyyatına Bakı şəhəri Xətai rayonu, Babək pr. ev.31 ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Məmmədova Dilarə Rasim qızıdır.
Mərkəzi Bank bu şirkətə lisenziyanı isə 1 avqust 2021-ci il tarixindəki reyestrində təqdim etdiyi məlum olub. Beləliklə, siyahıda 48 belə şirkət var.
Qeyd edək, Azərbaycan qanunvericiliyinə görə, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçıları sayılır.