Mərkəzi Bank "PAŞA Sığorta" ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
“Azərmaş" və “Paşa Sığorta" ASC - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
FED.az xəbər verir ki, "PAŞA SIĞORTA" ASC-nin rəhbər şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə” İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq cərimə edilmişdir.