Azərbaycan Mərkəzi Bankı fevral ayınn nəticələrinə görə, avto-icbari sığorta üzrә şikayәt indeksini açıqlayıb.
FED.az xatırladır ki, avAvto-icbari sığorta üzrә şikayәt indeksi - vәtәndaşların bu növ üzrә sığorta xidmәtlәrini әldә edәrkәn seçim etmәlәrinә dәstәk göstәrilmәsi mәqsәdilә hesablanılır vә yayımlanır.
Şikayәt indeksinin hesablanmasında beynәlxalq sәviyyәdә istifadә olunan metodologiya istifadə edilir.
Avto-icbari sığorta şikayət indeksi hesablananda bu sığorta növü ilə məşğul olmayan “AZSIĞORTA” ASC-nin, "İpәk Yolu Sığorta"ASC-nin, "A-Qroup Sığorta" ASC-nin vә lisenziyası lәğv olunmuş "Günay Sığorta" ASC, “Naxçıvansığorta” ASC vә "Azәrsığorta" ASC-nin göstəriciləri hesablamada nәzәrә alınmayıb.
Lakin, qeyd olunan şirkәtlәrlә bağlanılmış vә qüvvәdә olan avto-icbari sığorta üzrә mövcud müqavilәlәrlә bağlı daxil olan şikayәtlәrin tәnzimlәnmәsi Mәrkәzi Bank tәrәfindәn әvvәlki qaydada davam etdirilir.
Avto-icbari sığorta üzrә şikayәt indeksi - Fevral 2024 - SİYAHI