Azərbaycan Mərkəzi Bankı daha bir sığorta brokerinə bazarda iştirakı üçün lisenziya təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu, “Status Sığorta Brokeri” MMC-dir.
Qeyd edək ki, şirkət “Status Sığorta Brokeri” 2020-ci ildə yaradılıb, direktoru Oksana Marinçenko Andreyevnadır.
Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.