“Meqa Sığorta” ASC 2017-ci ili 4 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Şirkətin maliyyə hesabatlarına əsasən, ötən il “Meqa Sığorta”nın cəmi gəlirəri 20 milyon 108 min manat, cəmi xərcəri 13 milyon 897 min manat təşkil edib, 1 milyon 242 min manat mənfəət vergisi ödənilib.
“Meqa Sığorta” 2017-ci ildə 16 milyon 640 min manat sığorta haqları toplaya bilib. Sığorta ödənişləri isə 4 milyon 174 min manatdan 3 milyon 176 min manat təşkil edib.