Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında yenidən azalma olub.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-may ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 5 ayı ərzində 10,454 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,024 mln. manat və ya 0,23% az olub.
Aparılan araşdırma nəticəsində məlum olub ki, şirkətin sığorta ödənişlərində ciddi azalma olub. Belə ki, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən sığorta ödənişlərinin həcmi 0,097 mln. manat və ya 5,23% azalaraq 1,759 mln. manata düşüb.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmayıb.