“Meqa Sığorta” Sığorta şirkətinin də yığımlarında azalma olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-may ayları üzrə açıqladığı hesabata əsasən, şirkət sözügedən dövr ərzində 13,445 mln. manat həcmində sığorta haqqı toplaya bilib. Ötən ilin analoji dövründə isə şirkətin yığımlarının həcmi 14,038 mln. manat olub. Son bir illə müqayisədə şirkətin məcmu yığımlarının həcmində 593 min manat və ya 4,4% azalma qeydə alınıb.
Bununla yanaşı, son bir il ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə verilən ödənişlərin həcmi artıb. Belə ki, “Meqa Sığorta” tərəfindən sığorta ödənişlərinin həcmi illik müqayisədə 5,5% və ya 68 min manat artaraq 1,310 mln. manata çatıb.
“Meqa Sığorta”nın da yığımları azaldı – HESABAT
13:18
26 İyun 2019