“Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında, o cümlədən satışlarında kəskin azalma olub. Bu azalma tendensiyası isə son bir ildir ki davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 9 ayı ərzində 18,509 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,149 mln. manat və ya 27,86% az olub.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.
Şirkət FED.az-a açıqlamasında bildirmişdir ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin Meqa Sığortadan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub.