Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinin Böyük Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Təqdim olunmuş hesabatları təhlil edir;
Yoxlamalarda iştirak edir;
Yoxlamaların nəticələri ilə əlaqədar sığortaçıların və təkrarsığortaçıların nümayəndələri ilə müzakirələr aparır;
Hesabat və yoxlamaların nəticəsinə əsasən sığortaçılara və təkrarsığortaçılara müvafiq göstərişlərin və tapşırıqların verilməsində, sığorta qanunvericiliyində nəzərdə tutulmuş nəzarət və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə departament rəhbərliyinə təkliflər hazırlanmasında iştirak edir;
Sığorta nəzarəti və tənzimləmə çərçivəsinin, o cümlədən, prudensial normativlərin və tələblərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmasında iştirak edir;
Zəruri hallarda sığortaçıların və təkrarsığortaçıların ləğvetmə proseslərində iştirak edir;
Sektorun fəaliyyəti üzrə dövri hesabatların hazırlanmasında iştirak edir;
Verilən məlumatları analitik təhlil edərək ümumiləşdirir və rəhbərliyə hesabat hazırlayır.
Sığortaçının fəaliyyəti ilə bağlı digər səlahiyyətli yerli və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərilməsi ilə bağlı tədbir görür.
Yeni sığortaçının yaradılmasına dair müraciəti ilə əlaqədar rəy hazırlanması;
Beynəlxalq təcrübəni araşdıraraq rəhbərliyə məruzə, hesabat, arayış və təqdimatlar hazırlayır.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Hüquq, iqtisadiyyat); IFRS üzrə sertifikat
3-5 il iş təcrübəsi
Sığorta qanunvericiliyi, sığorta işi və sığorta nəzarəti üzrə beynəlxlaq standart və tələblər, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”ni və digər qanunvericilik və normativ aktları, Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik,vətəndaş müraciətləri haqqında qanunvericilik, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq;
Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, maliyyə hesabatların təhlili, sığorta əməliyyatları barəsində biliklər, korporativ idarəetmə operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq;
Azərbaycan, rus, ingilis dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı;
MS Ofis proqramları üzrə peşəkar biliklər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 20 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.