“Rəvan“ sığorta şirkətinin son bir il ərzindəki yığmlarının həcmində kəskin azalma olub.
FED.az xəbər verir ki, şirkətin 2017-ci il üzrə topladığı sığorta haqlarının həcmi 690 342 manat təşkil edib ki, bu da 2016-cı ilin məcmu yığımları ilə müqayisədə 796 534 manat və ya 2,5 dəfə az olub.
Hesabata əsasən, şirkət ötən il üzrə müxtəlif sığorta hadisələrinə görə 546 891 manat həcmində sığorta ödənişi həyata keçirib.
Qeyd edək ki, bu rəqəmlər Maliyyə Bazarlarına Nəzarət Palatasının (sığorta bazarı üzrə təcili məlumatlar əsasında hazırlanmış hesabat) ictimaiyyətə yayımladığı hesabatında əks olunub.
“Rəvan Sığorta”nın yığımlarında KƏSKİN AZALMA
14:10
22 Yan 2018