“Rəvan Sığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub. Bu barədə Banker.az-a Sığorta Şirkətindən məlumat verilib.
Şirkətin İdarə Heyətinin üzvü, Satış və Marketinq departamentinin müdiri Nuriyev Mail Nurəhməd oğlu 22.02.2018-ci il tarixdən etibarən İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
M. Nuriyev 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilmişdir.Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən “Rəvan Sığorta” ASC-də çalışır. O, şirkətdə əmək fəaliyyətinə satış meneceri kimi başlamış, 2013-cü ildə Satış və Marketinq departamentinin müdiri əvəzi, 2014-cü ildə isə həmin departamentin müdiri vəzifəsinə təyin edilib.