«Rəvan Sığorta» şirkəti 2017-ci il üzrə ən byöük sığorta ödənişlərini açıqlayıb. Sığorta şirkətindən FED.az-a verilən məlumata görə, bu ödənişlərin hər üçü avtomobil qəzası və kasko sığorta növü üzrə olub.
«Infiniti Q70» - 22,5 min manat
«Mercedes C class» markalı avtomobiln sahibi idarəetməni itirərək “Rəvan Sığorta” tərəfindən sığortalanmış “Infiniti Q70” markalı avtomobillə toqquşub. Nəticədə “Infiniti Q70” markalı avtomobilin sahibinə 22 min 476 manat sığorta ödənişi edilib.
«Nissan Xtrail» - 17,4 min manat
Növbəti ən böyük ödənişə də avtomobil qəzası səbəb olub. Belə ki, “Rəvan Sığorta”da sığortalanmış “Nissan Xtrail” markalı avtomobilin sahibi idarəetməni itirərək avtobusla toqquşub. Nəticədə sığortalıya 17 min 408 manat ödəniş edilib.
«Ford Explorer» - 15,9 min manat
“Mercedes S class” markalı avtomobilin sahibi idarəetməni itirib, “Rəvan Sığorta” tərəfindən sığortalı “Ford Explorer” markalı avtomobillə toqquşub. Nəticədə “Ford Explorer” markalı avtomobilə görə 14 min 900 manat sığorta ödənişi edilib.
«Rəvan Sığorta»nin ən böyük ödənişləri – MƏBLƏĞLƏR
16:02
22 Fev 2018