Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun növbəti görüşü keçirildi. FED.az xəbər verir ki, ASA-nın sədri Mustafa Abbasbəyli və Birliyin digər nümayəndələri, həmçinin, sığorta şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlərin iştirakı ilə keçən görüşdə kənd təsərrüfatı sığortası haqqında Qanun layihəsi sığortaçılara təqdim edildi və müzakirəyə çıxarıldı. Burada sığortaçılar üçün mübahisəli məqamlar müzakirə edilərək aydınlıq gətirildi və müəyyən məsələlərlə bağlı Qanun layihəsinə düzəliş və əlavələr edilməsi, bununla əlaqədar təkliflərin hazırlanıb müvafiq quruma müraciət edilməsi qərara alındı.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Kənd təsərrüfatı sığortası haqqında Qanun layihəsinin hazırlanmışdır.
Kənd təsərrüfatı sığortası gəlir – QANUNA DƏYİŞİKLİK
15:01
27 Fev 2018