Ə.Bayramov bildirib ki, şirkət fəaliyyətini passiv şəkildə davam etdirir: "Fəaliyyətimizi plan üzrə davam etdiririk. Sadəcə maliyyə çətinliklərimiz var. Bu da düşünürəm ki, yaxın zamanlarda öz həllini tapacaq".
Qeyd edək ki, "InsurALL” MMC adlanan yeni sığorta agentliyi 2017-ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlayıb. Şirkət digər sığorta agentliklərindən fərqli olaraq təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirir.