Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan «AzRE» şirkətinin Direktorlar Şurasının sədri Fuad Quliyevin yerinə yeni təyinat olub.
FED.az xəbər verir ki, bu vəzifəyə bağlanmış "AGBank"ın İdarə Heyətinin sədr müavini Tokay Əlizadə təyin edilib.
Qeyd edək ki, Tokay Əlizadə 2016-cı ilə qədər bağlanmış "AGBank"ın İdarə Heyətinin sədr müavini olub.
Bununla da «AzRe»nin Direktorlar Şurasının tərkibi aşağıdakı qaydada formalaşıb.
- Direktorlar Şurasının sədri T.Əlizadə
- Direktorlar Şurasının üzvü Səfərov Vəlihəd
- Direktorlar Şurasının üzvü Mansurov Anar
Qeyd edək ki, A.Mansurov Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Eldar Mansurovun oğludur.(apa)