Azərbaycanda ən çox neqativ xəbərləri dərc edilən sığorta şirkətlərinin adları məlum olub.
FED.az “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun 2019-cu ilin noyabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan şirkətlər- “Paşa Sığorta”, “Atəşgah Sığorta”, “Rəvan Sığorta”, “Meqa Sığorta” və “AtaSığorta şirkətidir.
Eləcə də bax:Yığdıqlarının çoxunu ödənişə sərf edən - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI
Noyabr ayı ərzində ölkə mətbuatında “Rəvan Sığorta” haqqında (1 şikayət üzrə) müxtəlif saytlarda 30 neqativ xəbər, “Atəşgah Sığorta” haqqında 18, “Paşa Sığorta” haqqında 15, “AtaSığorta” haqqında 14 və “Meqa Sığorta” aid 12 şikayət xarakterli məlumat dərc edilib.
Qeyd edək ki, neqativ xəbərlər daha çox şikayət xarakterlidir.
Haqqında şikayət olunan Sığorta Şirkətləri |
KİV-də dərc edilən neqativ xəbərlərin sayı (2019, noyabr) |
Rəvan Sığorta |
30 (1 şikayət üzrə) |
Atəşgah Sığorta |
18 |
Paşa Sığorta |
15 |
AtaSığorta |
14 |
Meqa Sığorta |
12 |