Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti yeni ünvana köçürülüb.
FED.az xəbər verir ki, departament artıq yeni ünvanda - İzmir küçəsi 8, Hyatt Tower 2 binasında fəaliyyət göstərəcək.
Sığorta Hadisələri departamentinin şirkətin baş ofisinə köçürülməsində məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyət və sürətinin artırılması, aparılan proseslərin optimallaşdırılması, eləcə də daxili kommunikasiyanın rahatlaşdırılmasıdır.
Departamentin yüksək səviyədə xidmət göstərməsi üçün bütün şəraitin yaradıldığı yeni ünvanda müştərilər üçün geniş gözləmə zalı ayrılıb.
Eləcə də bax: Məşhur sığorta şirkəti zərər açıqladı – YARIMİLLİK HESABAT
Departament yeni ofisdə - KEYFİYYƏT ARTACAQ
21:48
27 Avq 2018