Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.
Palatadan FED.az-a verilən məlumata görə, aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilmişdir.
Bu şirkətin lisenziyası ləğv edildi – PALATADAN QƏRAR
17:21
4 Dek 2017