ASC əməkdaşlarının könüllü tibbi sığortası xidmətlərinin satınalınması üzrə tender keçirir. FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 aprel saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 20 aprel saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvana təqdim etməlidirlər.