Türkiyə Cümhuriyyətinin "UGAY" Hüquq Bürosunun üzvləri Azərbaycan sığorta bazarı ilə yaxından tanış olmaq məqsədilə daima yeniliklər üzərində çalışan "Azərsığorta" şirkətini ziyarət edib.
FED.az xəbər verir ki, görüş zamanı “Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı və "UGAY" şirkətinin nümayəndələri qismində Emre Ula və Yalçın Yurttaş bir sıra müzakirələr aparılıb, hər iki ölkə arasındakı sığorta bazarının inkişaf dinamikasından danışılıb.
Xatırladaq ki, "UGAY" Hüquq Bürosu yerli və xarici müştərilərinə Sığorta və Kompensasiya Hüququ, Cinayət Hüququ, Ticarət Hüququ, Sağlamlıq Hüququ və Əmək Hüququ kimi bir çox sahədə xidmət göstərir.
Qeyd edək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən "UGAY" Şirkətin səhmdarlarından biri, Emre Ula uzun illər "AXA" sığorta şirkətinin Türkiyə ofisində çalışıb.