Yeni həyat sığortası şirkəti dövlət qeydiyyatına alınıb. FED.az xəbər verir ki, yeni yaradılan həyat sığortasının səhmdarı 100%lik paya sahib “Mega Sığorta” şirkətidir. “Meqa Həyat” “Meqa Sığorta” şirkətinin törəmə cəmiyyəti olacaq.
“Meqa Sığorta”nın Hüquq Departamentinin rəhbəri Hamlet Qarayev FED.az-a bildirib ki, lazımi prosedurlar həyata keçirildikdən sonra yeni həyat sığortasın lisenziyasının alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP)-na müraciət olunacaq. Hazırda ASC-nin hüquqi şəxs kimi qeydiyyata alındığı bildirilir.
Eləcə də bax: “Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib – TƏYİNAT
Məlumata görə, birinci prosedurdan sonra qurumun sığorta şirkəti kimi fəaliyyət göstərməsi üçün ikinci dəfə palataya müraciət olunmalıdır. MBNP razılıq verdikdən sonra artıq sığorta şitkətinə palata 5 illik lisenziya verəcək deyə Hamlet Qarayev bildirib.
Hüquqşünasın sözlərinə görə, qanunvericliklə birinci müraciətdən 6 ay sonra ikinci müraciət olmalıdır. “İlin sonun kimi ikinci müraciəti ediləcək. Sığorta fəaliyyəti haqqında qanuna görə, müəyyən sənədləşmələr var ki, onlar hazır olmalıdır ki, biz ikinci dəfə müraciət edə bilək. Palata ikinci müraciətə bir ay ərzində münasibət bildirəcək.” – deyə o bildirib.
Məlumat üçün bildirək ki, yeni yaradılacaq “Meqa Həyat” Sığorta şirkətinin kapitalı 11 milyon manatdır. Şirkət 17 sentyabrda Vergilər Nazirliyində qeydiyyatdan keçib.