Azərbaycanın sığorta sektorunda kənd təsərüfatı risklərinin sığortası üzrə böyük ödəniş edilib.
Eləcə də bax: İntizamlı sürücülər sığorta şirkətləri üçün - PROBLEMƏ ÇEVRİLİB
“Azərbaycan Sənaye Sığorta” ASC Kənd təsərrüfatı bitkiləri sığortası üzrə bazar payı ən çox olan şirkətdir. Azərbaycanın 28 rayonunu əhatə edən: əkin sahələri yanğın, dolu, sel, daşqın, şaxta vurması risklərindən sığortalanıb. Bu barədə FED.az-a «Azərbaycan Sənaye Sığorta» ASC-dən bildirilib.
Eləcə də bax: Xidmət səviyyəsi mənfi balla qiymətləndirilən sığorta şirkətləri - SİYAHI
“Azərbaycan Sənaye Sığorta” ASC 2018-ci ilin dekabr ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə ilin ən böyük sığorta ödənişini həyata keçirib.
Belə ki, Füzuli və Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu və sel nəticəsində ciddi ziyan dəyib. 15 fermerin əkdiyi şəkər çuğunduru sahəsinə dəymiş zərər üçün ümümilikdə 115 885,56 manat sığorta ödənişi verilib.
Qeyd edək ki, 2017-ci ildə ən böyük sığorta ödənişi Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat həcmində həyata keçirilmişdir. Bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.
Azərbaycanda sahələri dolu və sel vurdu – REKORD MƏBLƏĞDƏ SIĞORTA ÖDƏNİŞİ
17:32
10 Yan 2019