Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Sadiq Əliyev indiyədək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Bu təyinatdan sonra maliyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.















