Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsulları sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 11 milyon 776 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 min 290 min manat və ya 2,1 dəfə çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 5 milyon 486 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 784 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 564 min manat və ya 3,6 dəfə artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 220 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 4%, 2023-cü ildə 6,7% təşkil edib. İllik müqayisədə 2,7%-lik artım qeydə alınıb.