Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 255 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 min manat və ya 2,4% azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 261 min manat təşkil edib.
Bu növ sığorta üzrə ödənişlər cari dövrdə olmayıb.