2025-ci ilin müvafiq dövrünün yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladığı sığorta haqlarının (yığımlarının) həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə sığorta şirkətlərinin cəmi yığımları 1 milyard 365 milyon 354 min manat təşkil edib.
Renkinqə "Paşa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin sığorta yığımları 619 milyon 180 min manat olub ki, bu da bazarın əhəmiyyətli hissəsini təşkil edir.
İkinci yerdə "Paşa Sığorta" ASC qərarlaşıb – şirkətin topladığı sığorta haqları 321 milyon 892 min manat təşkil edib.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC 99 milyon 242 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Qala Sığorta" ASC-də isə yığımlar 71 milyon 129 min manat olub və dördüncü olub.
Digər sığorta şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"Atəşgah" Sığorta Şirkəti ASC-də 56 milyon 975 min manat, "Azərbaycan Sənaye Sığorta" ASC-də 30 milyon 548 min manat yığım qeydə alınıb.
"Meqa Sığorta" ASC 30 milyon 38 min manat, "Qala Həyat" Sığorta Şirkəti ASC isə 28 milyon 704 min manat nəticə göstərib.
"Xalq Sığorta" ASC 23 milyon 228 min manat, "A-Qroup Sığorta Şirkəti" ASC 18 milyon 973 min manat yığımla siyahıda yer alıb.
"Meqa Həyat Sığorta" ASC (16 milyon 156 min manat), "Aqrar Sığorta" ASC (16 milyon 50 min manat) və "Xalq Həyat" Sığorta Şirkəti ASC (10 milyon 615 min manat) sıralamanı davam etdirir.
Siyahının son pillələrini "AtaSığorta" ASC (9 milyon 590 min manat), "AzSığorta" ASC (7 milyon 601 min manat) və "İpək Yolu Sığorta" ASC (5 milyon 436 min manat) tamamlayır.












