Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə verdiyi sığorta brokeri, 18 hüquqi şəxsə və 95 fiziki şəxsə isə verdiyi sığorta agenti lisenziyalarını (ümumilikdə 118 sığorta vasitəçisi) ləğv edib.
Ləğv edilən sığortaçıya dair - Yeni Tələblər Qoyulur
Bu barədə FED.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar noyabrın 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün ləğv olunub.