2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımları 27,8% artaraq 1 mlrd. 19,745 milyon manata çatıb.
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 14 faizdən çox artıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 26,7% artaraq 455,012 milyon manata yüksəlib.
Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 44,6 manata kimi azalıb. (Apa)