"Atəşgah" sığorta şirkətinin Təftiş Komissiyasının üzvləri yenidən seçiləcək.
FED.az xəbər verir ki, bu ilin may ayının 21-də şirkətin səhmdarlarının ümimi illik iclası keçiriləcək və həmin iclasda Təftiş Komissiyasının üzvlərinin seçilməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, ümumi yığıncağın gündəliyində həmçinin şirkətin 2017-ci il üçün illik hesabatının təsdiqi də nəzərdə tutulub.
"Atəşgah" sığortanın Təftiş Komissiyasının üzvləri dəyişir

12:47
17 Aprel 2018