Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Atəşgah Sığorta” şirkətinin 2020-ci ilin yekunları üzrə əsas maliyyə göstəriciləri açıqlanıb.
FED.az AMB-nin 2020-ci ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Atəşgah Sığorta” şirkəti tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində 36,884 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, 2020-ci ilin müvafiq dövründə bu rəqəm 11,526 mln. manat və ya 45,5% azalaraq 25,358 mln. manata düşüb.
Hesabat dövründə məlum olub ki, yığımlarındakı kəskin azalma ilə yanaşı, şirkətin müştərilərə ödədiyi vəsaitlərin həcmində də azalma qeydə alınıb.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin məcmu ödənişlərinin həcmi 4,680 mln. manat və ya 32,7% azalaraq 14,306 mln. manat təşkil edib.
Bundan əlavə, ötən ildə şirkətin bazar payı 1,93 faiz bəndi azalaraq 3,48%-ə düşüb.