Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 2022-ci ildə üzv təşkilatlardan əldə etdiyi üzvlük haqqı üzrə məcmu məbləğin həcmini açıqlayıb.
Bu barədə FED.az saytına ASA-nın icraçı direktoru Elmar Mirsalayev bildirilib. Onun sözlərinə görə, ötən il quruma özv olan sığorta şirkətləri tərəfindən ümumilikdə 224 000 manat üzvlük haqqı ödənilib. Bu vəsaitin 145600 manatı yəni 65%-i ASA əməkdaşlarının əmək haqqı xərclərinə yönəldilib.
Məcmu xərclərdə 33600 manat (15%-i) ASA-nın inzibati binasının icarə xərcləri təşkil edib. Qalan 44 800 manatı (20%) isə ofisin saxlanılması və fəaliyyətin təmin olunması üçün zərururi olan xərclərə ayrılıb.